
İrandan narkotik gətirilməsinin qarşısı alındı
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşları Nicad Məzaim oğlu Bağırov və Elnur Murad oğlu Paşayev gömrük nəzarətindən keçən zaman saxlanılıb və onların əl yükləri əsaslı şəkildə yoxlanılıb.
Lent.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, əvvəlcə Nicat Bağırovun əl yükləri rentgen qurğusunda yoxlanılarkən ona məxsus boz rəngli yük çantasının içərisində şübhəli predmetlər müşahidə edilib. Sonra hal şahidlərinin iştirakı ilə onun təqdim etdiyi boz rəngli yük çantasındakı 3 ədəd plastik materialdan olan yuyucu vasitə qablarının içərisindən gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 1137 qram narkotik vasitə - heroin aşkar edilib.
Daha sonra Elnur Paşayevin əl yükləri rentgen qurğusunda yoxlanılıb. Onun da yük çantasının içərisində şübhəli predmetlər qurğunun müşahidə monitorunda əks olunub. Vətəndaşa məxsus orta həcmli yük çantasının içərisində də 2 ədəd plastik materialdan olan yuyucu vasitə qablarının olduğu müəyyən edilib. Baxış zamanı birinci qabdan, ümumi çəkisi 129 qram narkotik vasitə - heroin, 98 qram psixotrop maddə - metamfetamin, ikinci qabdan isə 378 qram narkotik vasitə - heroin aşkar edilib.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı
18 iyul 2025 , 18:17
12 supermarketdə narkotik tərkibli banan tapıldı
18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU
18 iyul 2025 , 17:05
Şəmkirdə yol çəkmək adı ilə sevgilisinin bütün qızıllarını aldı - ŞOK DƏLƏDUZLUQ
18 iyul 2025 , 16:07
Araz çayında yeniyetmə batdı - YENİLƏNİB
18 iyul 2025 , 16:04
"Parnik"də pomidor yerinə narkotik əkmişdi - Maştağada ƏMƏLİYYAT - VİDEO
18 iyul 2025 , 15:51
Bakıda ata həbsdəki oğluna qeyri-adi sovqat apardı
18 iyul 2025 , 15:38