İki maşın toqquşub: sərxoş sürücü yaralı sürücünü döyüb
03 iyun 2014 06:20 (UTC +04:00)

İki maşın toqquşub: sərxoş sürücü yaralı sürücünü döyüb

0
Gecə saatlarında Suraxanı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, qəza Hövsan-Zığ yolunun Qum adasına gedən hissəsində qeydə alınıb. 24  yaşlı Kamran Qasımov VAZ-2107 markalı avtomobillə Hövsan qəsəbəsindən Əhmədli qəsəbəsi istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə yüksək sürətlə hərəkətdə olan Füzuli Museyibovun idarə etdiyi VAZ-21099  markalı avtomobillə toqquşub. Zərbənin təsirindən idarə etməni itirən VAZ-2107-nin sürücüsü maşını yolun kənarında istifadəyə  yararsız işıq dirəyinə çırpıb.

 

Nəticədə VAZ 2107-nin sürücü Kamran Qasımov ağır, VAZ-21099-da olan sürücü Füzuli  Museyibov, onun sərnişini, 14 yaşlı Səkinə Qədimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb və VAZ-21099-un sərxoş sürücüsü Füzuli Museyibov VAZ-2107-nin sürücüsünü avtomobildən yaralı vəziyyətdə çıxararaq döyməyə başlayıb. Səs-küyə gələn qəsəbə sakinləri yaralı sürücünü Füzuli Museyibovun əlindən alıblar. Sakinlər sakitləşmək bilməyən sərxoş sürücünü döyüblər.

 

Hadisə yerinə gələn polis əməkdaşları da sürücünü çətinliklə sakitləşdirə biliblər.

 

VAZ-2107-nin sürücünün vəziyyəti ağır olduğundan, 1 saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb. Digər yaralıların xəsarətləri isə yüngül olduğu üçün onlara hadisə ilkin tibbi yardım göstərilib.

 

Qəzanın səbəbinə gəlincə, hadisə yerində olan YPX-nin əməkdaşlarının sözlərinə görə, qəza VAZ-21099-un sürücüsünün avtomaşını içkli idarə etməsi və ötmə əməliyyatını düzgün yerinə yetirməməsi üzündən baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1764

Oxşar yazılar