Hərbi Prokurorluq İsa Sadıqovla bağlı məsələyə aydınlıq gətirdi
19 iyun 2013 19:24 (UTC +04:00)

Hərbi Prokurorluq İsa Sadıqovla bağlı məsələyə aydınlıq gətirdi

Azərbaycan Hərbi Prokurorluğu beynəlxalq axtarışa verilən müdafiə nazirinin keçmiş müavini, sabiq hərbi hissə komandiri İsa Sadıqovla bağlı məsələyə aydınlıq gətirib.


 

Qurumun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının 23 yanvar 1996-cı il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Cinayət Məcəlləsinin 244-cü maddəsinin “A” bəndi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş Sadıqov İsa Nəzər oğlunun Cinayət Məcəlləsinin 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırması aparılır.

 

Bununla əlaqədar 25 fevral 1993-cü il tarixdə Qazax Qarnizonu Hərbi Prokurorluğu tərəfindən faktı üzrə 01 sentyabr 2000-ci il tarixinədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 255-ci maddəsinin “V” bəndi ilə cinayət işi başlanıb və istintaq aparılıb. 14 aprel 2012-ci il tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 dekabr 2001-ci il tarixli qərar təzələnib və Cinayət Məcəlləsinin 341.3-cü maddəsinə tövsif edilib.

 

Hazırda həmin cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

# 967
avatar

Oxşar yazılar

Azərbaycanlı sürücü TIR-la qəza törətdi

Azərbaycanlı sürücü TIR-la qəza törətdi

30 aprel 2024 , 12:20
Bakıda mağazadan 700 manatlıq ət  oğurlandı

Bakıda mağazadan 700 manatlıq ət oğurlandı

30 aprel 2024 , 11:47
Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU  - YENİLƏNİB

Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU - YENİLƏNİB

30 aprel 2024 , 11:31
Qız oğurladığı telefonu itirdi

Qız oğurladığı telefonu itirdi

30 aprel 2024 , 11:14
Narkotik satan azərbaycanlılar tutuldu

Narkotik satan azərbaycanlılar tutuldu

30 aprel 2024 , 10:52
Keçmiş daxili işlər naziri saxlanıldı

Keçmiş daxili işlər naziri saxlanıldı

30 aprel 2024 , 10:08
Bakıda 2-ci İNTİHAR:  qadın özünü binadan atdı

Bakıda 2-ci İNTİHAR: qadın özünü binadan atdı

30 aprel 2024 , 09:46
Bakıda kişini maşın vurub öldürdü

Bakıda kişini maşın vurub öldürdü

30 aprel 2024 , 09:20