"Huawei" smartfonlarında  insanları “soyundurmaq”   funksiyası tapıldı
29 aprel 2024 19:47 (UTC +04:00)

"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı

Yeni "Huawei" smartfonlarında olan süni intellekt (AI) insanları fotoşəkillərdə “soyundurmaq” qabiliyyətinə malikdir.

Lent.az xəbər verir ki, Çinin “Guang Ming Daily” nəşri buna diqqət çəkib.

"Huawei Pura 70" seriyalı cihazlarda fotoşəkilləri redaktə edə bilən süni intellekt funksiyaları var - xüsusən də şəkillərdəki lazımsız obyektləri silmək. Cihazların ilk istifadəçilərindən bəziləri sosial şəbəkələrdə süni intellektin digər şeylərlə yanaşı insanları “soyundura” biləcəyini söyləyib.

İstehlakçılar telefonun daxili neyron şəbəkəsinin fotoşəkillərdəki insanların bəzi geyim əşyalarını çıxarmağa qadir olduğunu göstərən şəkillər paylaşıblar. Lakin "Huawei" bu funksiya haqqında məlumat verməyib. Onu "Huawei Pura 70" qadcetlərində tapan istifadəçilər qeyd ediblər ki, bu seçim kifayət qədər effektiv işləyir.

"Huawei" sosial şəbəkələrdəki mesajlara cavab verib. Korporasiya bildirib ki, süni intellektə əsaslanan retuş alətləri həqiqətən də fotoşəkillərdə bəzi detalları silməyə qadirdir, lakin funksiya gözlənildiyi kimi işləmir. Şirkət nümayəndələri növbəti yeniləmədə problemləri aradan qaldıracaqlarına söz veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10056
avatar

Fidan İlqar

Oxşar yazılar