Gülər Əhmədova ilə bağlı videolar yenidən ekspertizadan keçirilir
12 iyun 2013 13:28 (UTC +04:00)

Gülər Əhmədova ilə bağlı videolar yenidən ekspertizadan keçirilir

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə bağlı yaydığı videomateriallarla bağlı təkrar ekspertizanın keçirilməsi barədə qərar qəbul olunub.


Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, E. Abdullayev Gülər Əhmədova ilə bağlı yaydığı videoların montaj olunmamış formasını istintaq orqanına göndərib. Bundan sonra istintaq orqanı tərəfindən həmin videomateriallarla bağlı təkrar ekspertizanın keçirilməsinə qərar verilib. Məlumata görə, qərar bir müddət əvvəl verilib. Ekspertizanın qərarı yaxın günlərdə elan olunacaq.


G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.1-ci maddələri ilə təqsirləndirilir.

 

# 1138
avatar

Oxşar yazılar