FHN “Sahil” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yaydı
12 mart 2014 16:21 (UTC +04:00)

FHN “Sahil” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi “Sahil” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 2000 kv.m olan ticarət mərkəzində mağazalar və geyim malları 800 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən binadan 37 nəfər təxliyə olunub. Üçüncü mərtəbənin qalan hissəsi, ticarət mərkəzinin 1,2-ci mərtəbələri və yuxarı mərtəbələrdəki mənzillər yanğından mühafizə olunub.

 

Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1562

Oxşar yazılar