Faciə: 5 yaşlı oğlan Kürdə boğulub
01 avqust 2013 11:02 (UTC +04:00)

Faciə: 5 yaşlı oğlan Kürdə boğulub

Dünən Kür çayında boğulan azyaşlının meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazax rayonu, Aşağı Salahlı kəndi ərazisindən keçən hissəsində 2008-ci il təvəllüdlü Məhəmməd Elməddin oğlu Paşayevin axtarışları başa çatıb.

 

M.Paşayevin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 977

Oxşar yazılar