Ermənilərin hücumu dəf edildi, düşmən itki verdi
06 avqust 2013 17:02 (UTC +04:00)

Ermənilərin hücumu dəf edildi, düşmən itki verdi

Ötən gecə cəbhənin Qazax rayonu istiqamətində erməni silahlı qüvvələrinin diversiyasının qarşısı alınıb.

 

Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, Ermənistan tərəfindən  cəbhə xəttinin neytral zonasına bir nəqliyyat vasitəsi daxil olub. Azərbaycan tərəfinin həmin nəqliyyat vasitəsini atəşə tutması nəticəsində bir nəfər erməni hərbiçisi ölüb, biri isə yaralanıb. Nəqliyyat vasitəsi isə neytral zonadan çıxarılıb.

 

Hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyi də məlumat yayıb. Məlumatda ölüm faktı qeyd olunmasa da bir erməni hərbiçinin yaralandığı, nəqliyyat vasitəsinin isə yarasız hala düşdüyü bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4482

Oxşar yazılar