Məşhur bəstəkar müğənni Emin yeni mahnısını təqdim edib. Buna qədər sevgi, romantik mövzulara müraciət edən müğənninin son musiqisi siyasi mövzudadır. Mahnı 95 yaşında dünyasını dəyişən Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelaya həsr edilib
”Hope” yəni Ümid adlanan mahnı müğənninin rəsmi “You-Tube” səhifəsində yerləşdirilib. Kompozisiyanın müəllifləri Russam Ballar və Kris Vinter mahnının beynəlxalq sülh günü üçün yazmış və 2014 cü ildə təqdimatını planlaşdırırmış.
Lakin qəflətən Cənubi Afrika Respublikasının sabiq prezidentinin ölümü mahnının təqdimatının vaxtını sürətləndirib. Eminin ifasında səslənən mahnı Nelson Mandelaya həsr olunub. Eminin sözlərinə görə mahnı əfsanəvi insan Nelson Mandelanın simasında gələcəyə ümidlə baxan insanlara ithaf olunub.
Eminini rəsmi saytında verilən məlumata görə İtunes sosial şəbəkəsində mahnının satışından əldə olunan gəlir Nelson Mandela adına Uşaq Fonduna veriləcək.

Emin Ağalarov da Mandelanı yad etdi
Oxşar yazılar

Yevlaxda zəlzələ baş verdi
27 iyul 2025 , 23:15
Yevlaxda DƏHŞƏTLİ QƏTL: alışqan vermədiyi üçün öldürüldü
27 iyul 2025 , 21:21
Abşeronda FACİƏ: İki nəfər dənizdə boğuldu-VİDEO
27 iyul 2025 , 20:51
Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47