
Azərbaycanda əlbəyaxa dava qanla bitdi: 21 yaşlı keçmiş məhkum... - YENİLƏNİB
Xəsarət alan Orxan Balacayevin durumu qənaətbəxşdir.
Bunu Lent.az-a Qax rayon mərkəzi xəstəxanasının baş həkim müavini Nəsimi Mustafayev deyib. Onun sözlərinə görə, dava zamanı kəsici alətlə yaralanan Orxan Balacayevin vəziyyəti kafi olaraq qiymətləndirilir. Baş həkim müavini səhər zərərçəkmişə şəxsən baş çəkdiyini və onun elə bir həyati təhlükədə olmadığını bildirib..
Dava zamanı yerlisini yaralayan gənc saxlanılıb.
Daxili İşlər Nazirliyinin Şəki Regional qrupundan Lent.az-a verilən məlumata görə, əlbəyaxa dava zamanı Orxan Balacayevi kəsici alətlə yaralayan Fuad Mustafazadə xəstəxanadan çıxarıldıqdan sonra saxlanılıb. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.
Qeyd edək ki, hadisə dünən Qax şəhəri ərazisində baş verib. Belə ki, şəhər sakini, 1996-cı il təvəllüdlü Orxan Tərlan oğlu Balacayev ilə rayonun Qaxingiloy kənd sakini, 1998-ci il təvəllüdlü Fuad Adil oğlu Mustafazadə arasında dava baş verib. Dava zamanı Orxan Balacayev Fuad Mustafazadəyə qapalı kəllə-beyin tarvması yetirib. Fuad Mustafazadə isə əlində olan kəsici alətlə Orxan Balacayevin sol bel nahiyəsinə xəsarət yetirib. Hər iki şəxs aldığı xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05