Döyüş təyyarələri və helikopterləri parada hazırlıq uçuşları keçirib
12 iyun 2013 16:30 (UTC +04:00)

Döyüş təyyarələri və helikopterləri parada hazırlıq uçuşları keçirib

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri Bakı səmasında hərbi parada hazırlıq çərçivəsində təlim uçuşları keçirib.


 

APA-nın məlumatına görə, öncə təyyarələr, ardınca isə helikopterlər Bakı buxtası üzərində Azadlıq meydanı istiqamətində uçuşlar həyata keçirib. Uçuşlarda HHQ-nin MiG-29, Su-25 və L-39 təyyarələri, Mi-17, Mi-24G, Mi-35 və Ka-32 helikopterləri iştirak edib.

 

Təyyarələr səmada rəngli tüstü ilə Azərbaycan bayrağını çəkiblər.

# 1001
avatar

Oxşar yazılar