Daxili İşlər Nazirliyi Masazırda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Lent.az-ın DİN-nin saytına istinadən verdiyi məlumata görə, Masazır qəsəbəsindəki “Gənclər” şəhərciyində yaşayan azyaşlı Cavidan Abdullayeva yaşadığı 12 mərtəbəli binanın 6-cı mərtəbəsindən yıxılaraq ölüb.
Fakta bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, C.Abdullayeva tanınmış jurnalist Anar Bayramoğlunun qızıdır.