Daxili İşlər Nazirliyi tanınmış reper Hüseyn Dəryanın düşdüyü yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 14-də saat 23 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Hüseyn Muradovun idarə etdiyi “Opel” və Salyan rayon sakini Kamal Allahverdiyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.
Xəstəxanaya yerləşdirilmiş H.Muradov martın 15-də orada ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.