Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər təsdiqləndi
10 iyun 2015 17:02 (UTC +04:00)

Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunu təsdiqləyib. Lent.az-ın məlumatına görə, Məcəllədə aşağıdakı dəyişikliklər edilib:

 

1. 151-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

 

“bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

 

2. 152-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

 

“152.1. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə —

 

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

152.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —

 

üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

152.3. Bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —

 

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Qeyd: Bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.”.

 

3. 153-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

 

“153.1. On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə —

 

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

153.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —

 

bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

153.3. Bu Məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —

 

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

 

4. Aşağıdakı məzmunda 171.2.3-cü maddə əlavə edilsin:

 

“171.2.3. yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —”.

 

5. 171-1.2.4-cü maddədə “vəzifəsi qoyulmuş” sözlərindən sonra “digər”

 

sözü əlavə edilsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206

Oxşar yazılar

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

3 iyun 2025 , 20:11
Xaçmazda evin həyətində kişi meyiti  tapıldı

Xaçmazda evin həyətində kişi meyiti tapıldı

3 iyun 2025 , 19:33
Daha iki tiktoker ev dustaqlığına buraxıldı

Daha iki tiktoker ev dustaqlığına buraxıldı

3 iyun 2025 , 19:31
Məşhur iş adamını şirlər yedi

Məşhur iş adamını şirlər yedi

3 iyun 2025 , 19:07
Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

3 iyun 2025 , 18:17
Gəncədə stansiya işçisi qatardan yıxıldı

Gəncədə stansiya işçisi qatardan yıxıldı

3 iyun 2025 , 17:46
Naringi yeyən qadın boğulub öldü

Naringi yeyən qadın boğulub öldü

3 iyun 2025 , 17:35
DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

3 iyun 2025 , 15:43