
Azərbaycanda 4 oğru tutuldu: 3-ü keçmiş məhkumdur
Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də şəhər ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri - B.Mehdiyev və əvvəllər məhkum olunmuş N.Şirinov saxlanılıblar.
Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib ki, Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-nə keçən gecə şəhər ərazisindəki mağazaların birindən noutbuk oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Piriyev saxlanılıb.
Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də şəhər ərazisində “BMW” markalı avtomobildən pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Nurəliyev saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun “Niva” markalı avtomobildən mobil telefon və sənəd oğurlaması da müəyyən edilib.
Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05