Bu oğlanın böyrəyi dəyişdirilməsə öləcək
18 fevral 2014 14:07 (UTC +04:00)

Bu oğlanın böyrəyi dəyişdirilməsə öləcək

0

Xaçmaz rayonun Xudat şəhərində yaşayan 12 yaşlı Hacıyev Murad Vahid oğlu böyrək çatışmazlığından əziyyət çəkir. Yeniyetmənin anası Zümrüd xanım Lent.az-a bildirib ki, oğlunda 2 yaşında ikən bu xəstəlik aşkarlanıb. Uzun müddət dializ alan Muradın vəziyyəti indi daha da ağırlaşıb: “Həkimlər deyir ki, uşağın böyrəyi dəyişdirilməlidir. Amma ailənin buna imkanı yoxdur. Əməliyyat və donor üçün 17 min manat pul tələb olunur”.

 

Bankda uşağın anasının adına hesab açılıb. Yeganə istəyi övladının sağalması olan ana bütün insanlardan kömək istəyir.

 

“Rabitəbank” ASC Xaçmaz filialı

VÖEN: 9900001061

KOD 506827m/h AZ61NAZBZ01350100000000006944

SWIFT:RBTAZ22

Müştəri hesabı: AZ89RBTA15410100116944124491

Hacıyeva Zümrüd Əmrah qızı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1655

Oxşar yazılar