Boşanmaq istəmədiyinə görə döyüldü
10 iyun 2013 14:28 (UTC +04:00)

Boşanmaq istəmədiyinə görə döyüldü

Bu gecə Bakının Xətai rayonunda ər arvadını vəhşicəsinə döyüb. Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən anspress-ə verilən məlumata görə, Telnov 18 ünvanında 35 yaşlı Qaçay Məmmədov həyat yoldaşı 34 yaşlı Fərqanə Məmmədovanı döyüb. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qaçay polisə verdiyi izahatında bildirib ki, arvadından ayrılmaq istəyir. Amma Fərqanə Məmmədova razılıq vermir. Münaqişə də bu zəmində baş verib. Hazırda faktla bağlı araşdırma aparılır.

# 1222
avatar

Nizam Rza

Oxşar yazılar