Bir neçə rayonda yanğın olub
13 iyun 2013 01:53 (UTC +04:00)

Bir neçə rayonda yanğın olub

Axşam saatlarında bir neçə rayonda yanğın hadisəsi qeydə alınıb.APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 26 km aralı), vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan talvarın yanar konstruksiyası və talvarın altına yığılmış 6 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  

 

Abşeron rayonunda inşaat firmasına məxsus ümumi sahəsi 50 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Kürdəmir və Ağsu rayonlarının inzibati ərazi vahidliyində 151 ha biçilmiş taxıl sahəsi yanıb. Digər taxıl sahələri yanğından mühafizə olunub.  

 

İmişli rayonu, Çahar kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.  

 

Bundan başqa, Şirvan şəhərində vətəndaşa məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 169 kv.m olan taxta və lambirdən ibarət çayxana 100 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

# 317
avatar

Oxşar yazılar