Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı-SABİRABADDA
13 oktyabr 2013 23:00 (UTC +04:00)

Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı-SABİRABADDA

Sabirabad rayonunda beşinci mərtəbədən yıxılan 3 yaşlı uşaq sağ qalıb. Bu barədə APA-ya  Sabirabad rayon xəstəxanasından məlumat verilib.

 

Məlumata görə,  oktyabrın 13-də H.Əliyev prospekti 2, mənzil 50 ünvanında kirayə yaşayan ailənin 3 yaşlı uşağı 5-ci mərtəbədən eyvanından yıxılıb. 2011-ci il təvəllüdlü Məmiyev Ağan Əfraz oğlu Sabirabad rayon xəstəxanasına çatdırılıb.

 

Uşağa  sol bud sümüyünün  qapalı sınığı diaqnozu qoyulub. Həkimlərin bildirdiyinə görə, uşağın həyatı üçün təhlükə yoxdur.

 

Ayağı gipsə qoyulduqdan sonra uşaq evə buraxılıb.

  

Əlibəy Zeynallı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2659

Oxşar yazılar