Bakıdakı dəniz limanında faciə: ölən var
01 aprel 2013 09:53 (UTC +04:00)

Bakıdakı dəniz limanında faciə: ölən var

 

Bakı şəhərinin Xətai rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xəzər Dəniz Gəmiçiliyinin Zığ qəsəbəsində yerləşən quru yük daşıma limanının 3 saylı körpüsündə orada işləyən Məcidov Həmid Dilsuz oğlu yıxılıb.

 

Kranda təmir işləri apararkən çilingər H.Məcidov yüksəklikdən yıxılıb. Ağır xəsarətlər aparan işçi xəstəxanada dünyasını dəyişib.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2310

Oxşar yazılar