Bakıda zəncirvari qəza: ölən və yaralananlar var
13 mart 2013 10:57 (UTC +04:00)

Bakıda zəncirvari qəza: ölən və yaralananlar var

 

Martın 12-si saat 21:20 radələrində Bakı şəhərinin Nərimanov rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Z.Bünyadov prospektində Abşeron rayon sakini Balakərim Ağayevin idarə etdiyi «Kamaz» markalı yük maşını Biləsuvar rayon sakini Rəşad Məmmədovun və Bakı şəhər sakini Elşən Əliquliyevin idarə etdikləri «Mersedes» markalı avtomobillərlə toqquşub. Nəticədə, hər üç sürücü və B.Ağayevin sərnişini, qardaşı Nadir KTM-ə yerləşdirilib, R.Məmmədovun sərnişini Rahim Mirzalıyev isə hadisə yerində ölüb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

# 2002
avatar

Nizam Rza

Oxşar yazılar