Bakıda yol qəzası: 21 yaşlı qız öldü
11 dekabr 2013 11:53 (UTC +04:00)

Bakıda yol qəzası: 21 yaşlı qız öldü

Bakıda 21 yaşlı qız yol qəzasında ölüb. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Afiyəddin Cəlilov küçəsində qeydə alınıb.

 

İlqar Zahid oğlu Qasımovun idarə etdiyi 90-JO-088 dövlət nömrə nişanlı “VOLVO” markalı beton qarışdıran maşınla yolu keçən, 1992-ci il təvəllüdlü Cəmilə Habil qızı Bayramovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1359

Oxşar yazılar