Bakıda yol qəzaları: 8 yaralı
24 sentyabr 2013 10:53 (UTC +04:00)

Bakıda yol qəzaları: 8 yaralı

 

Sentyabrın 24-nə keçən gecə Bakının müxtəlif ərazilərində 3 yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, qəzalarda 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, ölən olmayıb.

 

Hər bir fakt üzrə müvafiq araşdırmalar aparılır, ekspertizalar təyin edilib.

 

Qeyd edək ki, son günlər ərzində Bakıda yağan yağışlar xırda yol qəzalarının sayının artmasına səbəb olub.

 

 

 

# 1052
avatar

Nizam Rza

Oxşar yazılar