Bazar günü Bakıda baş vermiş yol qəzalarında 1 nəfər ölüb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, son sutka ərzində paytaxtda 3 ağır yol qəzası baş verib. Bu hadisələr nəticəsində 1 nəfər ölüb və 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hər bir hadisə ilə bağlı araşdırmalar aparılır.