Bakıda yeznə qaynını ölümcül hala saldı
14 oktyabr 2017 14:51 (UTC +04:00)

Bakıda yeznə qaynını ölümcül hala saldı

 

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az xəbər verir ki, Xətai rayonu, S.Əhmədov küçəsi-27 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Akif Babayev qayını, 29 yaşlı Əhmədov Səbuhi İsmayıl oğlunu bıçaqlayıb. Döş qəfəsindən 2 daxilə nüfuz etmiş xəsarət alan Səbuhi ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırlıb.

 

Qaynını bıçaqlayan A.Babayev tutulub. Faktla bağlı cinayət işi açılıb.

 

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259

Oxşar yazılar