Bakıda valyutadəyişmə məntəqəsində qanlı olay
14 mart 2013 15:07 (UTC +04:00)

Bakıda valyutadəyişmə məntəqəsində qanlı olay

Bakı şəhərinin Nəsimi rayonu ərazisindəki valyutadəyişmə məntəqələrindən birində bıçaqlanma olub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 19-cu Polis Bölməsinin ərazisində, Cavadxan küçəsində naməlum şəxs valyutadəyişmə məntəqəsinə gəlib. Həmin şəxs məntəqədə çalışan 57 yaşlı Valeh İsmayılova çoxsaylı bıçaq zərbələri endirib. Zərbələrdən bir neçəsi V.İsmayılovun daxili orqanlarını zədələyib və o təxili xəstəxanaya aparılıb. Əməliyyat olunan şəxsin vəziyyəti kritikdir, onu dindirmək, hadisə ilə bağlı zərərçəkmişdən nə isə öyrənmək mümkün olmayıb.

 

Valyutadəyimə məntəqəsinə gələrək orada çalışan şəxsi bıçaqlayan adam ərazidəki təhlükəsizlik kameralarına düşüb. Onun üzərində hər hansı maska olmayıb.

 

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031

Oxşar yazılar