Bakıda türkiyəlilər qumarxana işlədirmiş
17 mart 2014 14:55 (UTC +04:00)

Bakıda türkiyəlilər qumarxana işlədirmiş

Bakıda online qumarxana aşkarlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səbail rayonunun ərazisindəki “Ankara” kafesində, Şahbuz rayon sakini Rəmzi Hüseynəliyevin və Türkiyə vətəndaşları Murat Baydarın, Mehmet Sönmezin “online” sistemi ilə qumarxana təşkil etmələri müəyyən edilib. Kafeyə baxış zamanı 1 ədəd “online” qumar oyun proqramı yazılmış noutbuk, 1 ədəd monitor, 1 ədəd printer, 21 ədəd oyun kuponu və uduş pulu aşkar edilərək götürülüb.

 

 

Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896

Oxşar yazılar