Bakıda oğurluq etdi, Balakəndə tutuldu
12 may 2016 09:31 (UTC +04:00)

Bakıda oğurluq etdi, Balakəndə tutuldu

Balakəndə axtarışda olan şəxs həbs edilib.

 

Rayon Polis Şöbəsindən (RPŞ)APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, RPŞ-nin cinayət axtarış bölməsinin əməkdaşları carı ilin mart ayının sonlarından axtarışda olan Balakən şəhər sakini, 1992-ci il təvəllüdlü Vasif Çingiz oğlu Əhməyevi rayon ərazisində tutaraq istintaqa təhvil veriblər. Vasif Əhməyevin barəsində Balakən rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan qərarı çıxarılıb.

 

Məlumatda bildirilir ki, Vasif Əhməyev Balakən şəhər sakini Amil Xəlilova məxsus mağazadan oğruluq etdiyi üçün barəsində axtarış elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229

Oxşar yazılar