Bakıda məhkəmədə dava düşdü, saxlanılanlar var
28 iyun 2013 18:17 (UTC +04:00)

Bakıda məhkəmədə dava düşdü, saxlanılanlar var

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insident baş verib.


 

APA-nın məlumatına görə, hadisəyə “Azər-Ross” MTK-nın rəhbərini qətlə yetirməkdə təqsirli bilinən şəxslərin cinayət işi üzrə keçirilən məhkəmə prosesinə gələn şəxslər arasında düşən mübahisə səbəb olub. Tərəflər arasında düşən mübahisə davaya keçib və məhkəmənin bir neçə pəncərəsinin şüşəsi qırılıb. İnsident törədən şəxslərdən ikisi saxlanılıb.

 

Hadisə ilə əlaqədar məhkəmə baş tutmayıb və növbəti proses iyulun 1-ə təyin edilib.

 

Qeyd edək ki, təqsirləndirilən Sahil və Şamil Şamilov qardaşları, Fərman Hacıyev, Hümbət Məmmədov və Tofiq Bəkirov “Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyevi qətlə yetirməkdə, baş mühasib Əmiraslan Əhmədovu isə yaralamaqda təqsirli bilinirlər.

 

# 1229
avatar

Oxşar yazılar

Sumqayıtda DƏHŞƏT:  ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

Sumqayıtda DƏHŞƏT: ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

21 may 2024 , 23:00
Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

21 may 2024 , 22:39
Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

21 may 2024 , 21:09
Sumqayıtda fəhlə iş zamanı öldü

Sumqayıtda fəhlə iş zamanı öldü

21 may 2024 , 20:14
Bakıdan babasıgilə qonaq gedən  uşaq öldü

Bakıdan babasıgilə qonaq gedən uşaq öldü

21 may 2024 , 19:52
Bakıda gənc oğlan  özünü asdı

Bakıda gənc oğlan özünü asdı

21 may 2024 , 19:49
Məhkəmə "İmam Mehdi"nin  cəzasını azaltdı

Məhkəmə "İmam Mehdi"nin cəzasını azaltdı

21 may 2024 , 17:36
Azərbaycanda tələbə   yol qəzasında öldü

Azərbaycanda tələbə yol qəzasında öldü

21 may 2024 , 17:28