Dekabrın 11-də Bakı şəhərinin Xətai rayonu ərazisində maşından meyit tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Keşlə qəsəbəsi N.Abdullayev küçəsində Şərur rayon sakini Yusif Məmmədovun üzərində zorakılıq əlaməti görünməyən meyiti idarə etdiyi “KamAZ” markalı avtomobildə tapılıb.
Bundan başqa Yasamal rayonu Ə.Ələkbərov küçəsində alın nahiyəsində sıyrıq xəsarəti olan 50-55 yaşlı kişi meyiti tapılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.