Bakıda jurnalisti vuran polislər cəzalandırıldı
12 iyun 2013 12:49 (UTC +04:00)

Bakıda jurnalisti vuran polislər cəzalandırıldı

 

İyunun 3-də Bakı bulvarda gənclərin Türkiyədəki mitinqlərə dəstək aksiyasını işıqlandıran zaman jurnalistləri vuran Səbail rayon Polis İdarəsinin əməkdaşları tutduqları vəzifədən kənarlaşdırılıblar.  Lent.az-ın aznews.az-a istinadən verdiyi məlumata görə, döyülən jurnalist Rasim Əliyev bu gün Bakı Şəhər Baş Polis İdarəsində olub. İdarədə onu BŞBPİ-nin rəis müavini Səhlab Bağırov və Səbail rayon Polis İdarəsinin rəisi qəbul edərək, jurnalistə qarşı qanunsuz hərəkət edən polislərin işdən qovulduğu barədə əmri göstəriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti də bu barədə məlumatı təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Səbail rayon Polis İdarəsinin 2 baş serjantı iyunun 3-də gənclərin razılaşdırılmamış aksiyasında jurnalistlərə qarşı kobudluq etdiyinə görə, BŞBPİ rəisinin əmri ilə tutduqları vəzifədən azad ediliblər.

Qeyd edək ki, döyülən jurnalist R.Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşıdır.

# 1249
avatar

Oxşar yazılar