Bakıda iki nəfər bıçaqlanıb
10 fevral 2014 12:15 (UTC +04:00)

Bakıda iki nəfər bıçaqlanıb

0

Bakıda axtarışda olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 9-da X.Məmmədov küçəsində Səlim Musayev bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində ona xəsarət yetirən qardaşı Goranboy rayon sakini olan İlahim adlı şəxs tutulub.

 

Oxşar hadisə fevralın 8-də Nəsimi küçəsində də qeydə alınıb. Qax rayon sakini Tamerlan Əsədov bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elxan Əliyev tutulub.

 

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 950

Oxşar yazılar