Bakıda gənc oğlan özünü körpüdən atmaq istədi
11 mart 2014 17:23 (UTC +04:00)

Bakıda gənc oğlan özünü körpüdən atmaq istədi

Bakıda gənc oğlan metronun “20 Yanvar” stansiyası üzərindəki körpüyə çıxaraq intihara cəhd edib. Lent.az-ın məlumatına görə, 25-30 yaşlı şəxs körpünün üstündəki metal maneənin üstünə çıxaraq qışqırıb və özünü atacağını deyib. Hadisə yerinə gələn xilasedicilərin psixoloji müdaxiləsindən sonra intihar etmək istəyən şəxs fikrindən daşınıb.

 

 

Araşdırmalar nəticəsində məlum olub ki, körpüyə çıxan şəxs 1985-ci il təvəllüdlü Hüseynov Elşən Əlif oğludur. Onun barəsində Binəqədi rayon Polis İdarəsində araşdırma aparılması üzə çıxıb. E.Hüseynov ifadəsində bildirib ki, araşdırmaların obyektiv aparılmaması səbəbindən bu hərəkəti edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1570

Oxşar yazılar