Bakıda ev yandı: iki qadın xəstəxanaya aparılıb
07 oktyabr 2013 13:17 (UTC +04:00)

Bakıda ev yandı: iki qadın xəstəxanaya aparılıb

Oktyabrın 6-da saat 17.05 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində mənzildə yanğın olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şərifli küçəsində yaşayan Hüseyn Qocayevə məxsus 1 otaqlı mənzildə yanğın baş verib. Nəticədə 37 kvm. sahədə mənzilin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Qonşu mənzillərdə yaşayan Sevinc Əliyeva və Çimnaz Möhlətova isə tüstüdən zəhərlənmə ilə xəstəxanaya gətirilib.

 

Hər iki qadına ilkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766

Oxşar yazılar