Bakıda BP-nin işçisini soyanlar tutuldu
17 mart 2014 12:58 (UTC +04:00)

Bakıda BP-nin işçisini soyanlar tutuldu

Bakıda quldurluq etmiş şəxslər tutulub. Lent.az-ın məlumatına görə, Baş Cinayət-Axtarış İdarəsi və Sabail RPİ 39-cu PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Bakı şəhər sakini Andrey Sorokinin 500 manat pulunu, mobil telefonunu və şəxsi sənədlərini quldurluq yolu ilə almış Bakı şəhər sakinləri Qabil Cəfərov və Kamran Aslanov tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların martın 13-də  Böyük Britaniya vətəndaşı (BP şirkətinin Amec filialında mühəndis işləyir) Hughes Robertin qızıl üzüyünü, qol saatını və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə almaları da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar