Bakıda axtarışda olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 18-də Vidadi küçəsində naməlum şəxslər Bakı şəhər sakini Elman İbrahimovu bıçaqla hədələyərək mobil telefonunu əlindən alıblar. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Əfqan Qurbanov və Raqif Muxtarov martın 12-də yaxalanıblar. Müəyyən edilib ki, onlar Əli adlı tanışları ilə birlikdə martın 11-də 28 May küçəsində İrşad Rzaquliyevə qarşı xuliqanlıq edərək ona 4 bıçaq bıçaq zərbəsi vurublar. Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən digər şəxs Əli Quliyev də yaxalanıb və ondan 5 qramdan artıq marixuana aşkar edilib.
	
	Qeyd edək ki, 1994-cü il təvəllüdlü İ.Rzaquliyev martın 11-dən 12-nə keçən gecə 28 May küçəsindəki barda bıçaqlanıb.
                            
                        Bakıda barda 19 yaşlı oğlanın qanını tökdülər
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0