Bakıda ağır qəza: 2 gənc öldü
22 aprel 2013 11:49 (UTC +04:00)

Bakıda ağır qəza: 2 gənc öldü

Aprelin 21-də saat 05:30 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Pirallahı qəsəbəsinə gedən yolda 1986-ci il təvəllüdlü Rüstəm Əhmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerindəcə keçinib. Avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Seyid Nurəliyev isə xəstəxanaya aparılarkən yolda ölüb.

 

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2390

Oxşar yazılar