Bakıda “Toyota”nın şüşələrinin sındırıb pulları apardılar
25 aprel 2013 12:25 (UTC +04:00)

Bakıda “Toyota”nın şüşələrinin sındırıb pulları apardılar

Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobildən xeyli miqdarda pul oğurlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, S.S.Axundov küçəsi 31/23 ünvanının qarşısında həmin ünvanda yaşayan Cavid Məmmədovun “Toyota” markalı avtomobilindən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər avtomobilin şüşəsini sındırıblar. Maşında olan 3 min manat pul, eynək və sənədlər götürülüb.

 

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Şahin Sadatov və Oğuz rayon sakini Namiq Səmədov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1671

Oxşar yazılar