Bakıda 2 yeniyetmə qız yoxa çıxıb
18 yanvar 2018 11:21 (UTC +04:00)

Bakıda 2 yeniyetmə qız yoxa çıxıb

0

 

Bakıda yeniyetmə qızların itkin düşməsi ilə bağlı polisə müraciətlər daxil olub. Lent.az xəbər verir ki, 30 yaşlı Aygün Cabbarova polisə müraciət edərək bildirib ki, 14 yaşlı qızı Günay yanvarın 15-də bulvarda olarkən ondan ayrılıb. Anasının yanından uzaqlaşan qız daha sonra geri qayıtmayıb.

 

Oxşar müraciətlə Qalina Samoylova adlı qadın da polisə müraciət edib. O qeyd edib ki, ruhi-əsəb xəstəsi olan 15 yaşlı qızı Qabriella yanvarın 4-də axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Hər iki müraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar