Aprelin 7-də Bakı şəhərinin Binəqədi rayonu ərazisində intihara cəhd hadisəsi olub. 40-cı Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Sulutəpə qəsəbə sakini 1986-cı il təvəllüdlü Əhmədov Müseyib Nazim oğlu özünü bıçaqlayıb. 27 yaşlı oğlan yaşadığı mənzilin yataq otağında bıçağı qarnına soxub. O ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla əlaqədar araşdırmalar aparılır. Gənc oğlanın hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.