Parkda qızla öpüşdüyü üçün oğlanı öldürdülər
14 mart 2014 01:54 (UTC +04:00)

Parkda qızla öpüşdüyü üçün oğlanı öldürdülər

0

Martın 12-də axşam saatlarında Yasamal rayonunda bıçaqlanaraq qətlə yetirilən 22 yaşlı Elçin İlqar oğlu Dəmirovun qətlə yerilməsinin təfərrüatları məlum olub.

 

 

Xeberdar.az saytının məlumatına görə, qətli törədən 1996-cı il təvəllüdlü Fərrux Zeynalov artıq saxlanılıb.

 

Məlumata görə, hadisə Fərrux Zeynalovun parkda məşq etdiyi zaman yaranmış münaqişə zəminində olub. Belə ki, həmin vaxt Elçin Dəmirov parkda bir qızlı öpüşürmüş. Fərrux isə Elçinə bunu irad tutub və belə yerdə bu cür münasibətlərin doğru olmadığını bildirib. Bu söhbət mübahisə çevrilib və gənclər mübahisəni həll etmək üçün başqa yerdə görüşməklə bağlı razılaşıblar. Gənclər təyin etdikləri görüş yerində yenidən mübahisə ediblər. Bu zaman da Fərrux üstündə gəzdirdiyi bıçağı Elçin Dəmirovun ürəyinə sancıb.  

 

Elçin Dəmirovun 2010 cu ildə Bakı Dövlət Universitetinin "Tətbiqi Riyaziyyat " fakultəsini bitiribdiyi, sevdiyi xanımın isə tələbə olduğu bildirilir.

 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

****

13.03.2013 10:34

Bakıda törədilən qətlin üstü açılıb.


 

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün axşam saatlarında İ. Qurtqaşınlı küçəsi 85 ünvanında, “Turanbank”ın qarşısında bıçaqlanaraq qətlə yetirilən şəxsin 22 yaşlı Elçin İlqar oğlu Dəmirov olması müəyyənləşib.

 

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən 1996-cı il təvəllüdlü Fərrux Zeynalov tutulub.

 

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9732

Oxşar yazılar