Bakı iflic oldu
24 sentyabr 2013 10:25 (UTC +04:00)

Bakı iflic oldu

 

Sentyabrın 24-nə keçən gecə Bakıda yağan güclü yağış şəhərdə nəqliyyatın hərəkətində böyük problemlərə səbəb olub. Lent.az-ın məlumatına görə, səhər saatlarından etibarən Bakının ən böyük prospektlərində, eləcə də bir sıra digər mərkəzi küçələrində nəqliyyatın sıxlığı və tıxaclar müşahidə olunub. Ən acınacaqlı vəziyyət Babək, Heydər Əliyev, Ziya Bünyadov prospektlərində yaşanıb. Babək prospektində bir neçə kilometr uzunluğunda tıxac yaranıb.

 

Tıxac səbəbindən bəzi xətlər üzrə hərəkət edən avtobus marşrutları yolunu dəyişib. Bir sıra yeraltı avtomobil və piyada keçidləri də yağış və kanalizasiya suları ilə dolub.

 

Qeyd edək ki, səhər saatlarında Bakının bəzi mərkəzi yollarında xırda yol qəzaları da baş verib və bu hadisələr də tıxacların yaranmasına səbəb olub.

 

Video İlkin Bumeranqın facebook səhifəsindən götürülüb.

 

 

# 7462
avatar

Nizam Rza

Oxşar yazılar