
Goranboyda narkotacir həbs edilib
Goranboyda narkotacir həbs edilib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Rauf Niftəliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.
Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əynindəki gödəkçənin iç cibindən qanunsuz yolla əldə edib saxladığı 4,4 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı R. Niftəliyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Bakıda kişi müəmmalı şəkildə öldü: meyitini ailəsi tapdı
25 avqust 2025 , 19:32
Bakıda gənc oğlan "dəli" sözünə görə uşağı döyüb dalağını partlatdı
25 avqust 2025 , 19:03
Bakıda yataqxanada YANĞIN: 3 nəfər zəhərləndi
25 avqust 2025 , 18:37
Füzulidə 2 ay əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB
25 avqust 2025 , 18:30
Bakıda qadın sahibkar gözəllik salonunda öldü
25 avqust 2025 , 18:20
Rəis müavini təyin edəcəm deyib 40 min manatını aldı - ŞOK DƏLƏDUZLUQ
25 avqust 2025 , 17:36
Borca görə müştərini bezdirən bank CƏRİMƏLƏNDİ
25 avqust 2025 , 16:24