
"Kubinkalı Bibi" şikayətçidir - FOTO
Narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda təqsirləndirilən "bibi" ləqəbli Sənubər Lütfəliyeva barəsində hökmdən apellyasiya şikayəti verib.
Lent.az-ın məlumatına görə, 60 yaşlı qadın narkotacir şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Onun şikayəti araşdırlması üçün hakim Qədim Babayevin icraatına verilib. Məhkəmənin ilkin baxış iclası martın 7-ə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı xəbərə əsasən, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə olan “midraks-tropikamin” aşkar olunaraq götürülüb. Saxlanılan şəxs heroini Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan “bibi” ləqəbli şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İ.İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini S.Lütfəliyeva da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb. S.Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə 60 yaşlı S.Lütfəliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar yazılar

Bakıda kişi müəmmalı şəkildə öldü: meyitini ailəsi tapdı
25 avqust 2025 , 19:32
Bakıda gənc oğlan "dəli" sözünə görə uşağı döyüb dalağını partlatdı
25 avqust 2025 , 19:03
Bakıda yataqxanada YANĞIN: 3 nəfər zəhərləndi
25 avqust 2025 , 18:37
Füzulidə 2 ay əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB
25 avqust 2025 , 18:30
Bakıda qadın sahibkar gözəllik salonunda öldü
25 avqust 2025 , 18:20
Rəis müavini təyin edəcəm deyib 40 min manatını aldı - ŞOK DƏLƏDUZLUQ
25 avqust 2025 , 17:36
Borca görə müştərini bezdirən bank CƏRİMƏLƏNDİ
25 avqust 2025 , 16:24