Azərbaycanda gənc oğlan faciəvi şəkildə öldü
02 oktyabr 2017 09:52 (UTC +04:00)

Azərbaycanda gənc oğlan faciəvi şəkildə öldü

 

Qubada intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, İkinci Nügədi kənd sakini 1990-cı il təvəllüdlü Hüseynov Rövşən Əlimirzə oğlu özünü yaşadığı evin arxasındakı ağacdan kəndirlə asaraq intihar edib.

 

Bildirilir ki, R.Hüseynov ruhi-əsəb xəstəsi kimi qeydiyyatda olub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236

Oxşar yazılar