“VAZ 2107” daha bir can aldı: 29 yaşlı oğlan öldü
06 may 2013 12:01 (UTC +04:00)

“VAZ 2107” daha bir can aldı: 29 yaşlı oğlan öldü

Bakı şəhərinin Nizami rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Q.Qarayev prospektində 1979-cu il təvəllüdlü Mirzağa Mayılov idarə etdiyi “VAZ 2107” markalı, 90 MU 699 nömrə nişanlı maşınla yolu keçən piyadanı vurub. Nəticədə piyada 1984-cü il təvəllüdlü İbrahimov Kamil Müzəffər oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib.

 

 

Faktla əlaqədar Nizami RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

# 1300
avatar

Nizam Rza

Oxşar yazılar