“Sovetski”də məktəblinin qanını tökdülər
18 mart 2013 11:08 (UTC +04:00)

“Sovetski”də məktəblinin qanını tökdülər

 

Bakı şəhərinin Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xiyabani küçəsi 14, mənzil 6 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Zeynalov Tahir Mirzə oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətmiş Yasamal rayon sakini, M.Sübhi küçəsi 111 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Muxtarzadə Yusif Fuad oğlu müəyyən edilərək saxlanılıb.

 

Faktla əlaqədar araşdırmalara davam etdirilir.

 

Qeyd edək ki, hadisəni törədən və zərərçəkən şəxslərin hər ikisi orta məktəb şagirdirir. Hadisə “Sovetski” adlanan ərazidə baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2391

Oxşar yazılar