“Şirvan-Muğan” su kəməri inşa edilir
06 avqust 2013 17:00 (UTC +04:00)

“Şirvan-Muğan” su kəməri inşa edilir

“Şirvan-Muğan”  su kəmərinin inşası avqustun sonunda başa atacaq. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumi uzunluğu 107 km olan magistral kəmərin 100 km-lik hissəsində işlər tam başa çatıb. Kəmərin 55 km hissəsi 1200 və 1000 mm diametrli metal, 52 km-lik hissəsi isə 710 mm diametrli polietilen borularla çəkilib.

Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən izolyasiya edilib.

Bundan əlavə, 38 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Regionlarda reallaşdırılan layihələr rayon mərkəzlərinin yaxınlığında və magistral kəmərlərin keçdiyi ərazilərdə yerləşən 350-dən artıq kəndi də əhatə edəcək.

Qeyd edək ki, təməli 16 iyul 2012-ci ildə qoyulan Şirvan-Muğan qrup su kəməri “Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Kürətrafı rayonlarda içməli su probleminin həll edilməsi məqsədi ilə inşa edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar