“Daewoo”  KamAZ-la toqquşub, ölən var
05 oktyabr 2013 07:55 (UTC +04:00)

“Daewoo” KamAZ-la toqquşub, ölən var

Abşeron rayonunda “Daewoo” markalı minik avtomobili və KamAZ yük avtomobili toqquşub.APA-nın Fövqəladə Hallar Nazirliyinin 

 

Hadisə nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.

 

“Daewoo” markalı minik avtomobilinin sürücüsü, 1975-ci il təvəllüdlü Ağayarov Ağayar Ağamusa oğlu hadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə “Daewoo” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib.

 

Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143

Oxşar yazılar