Xaçmazın bir kəndində iki kafe yandı
15 sentyabr 2021 09:40 (UTC +04:00)

Xaçmazın bir kəndində iki kafe yandı

Xaçmazda iki kafedə yanğın olub.

Fövqəladə Hallar  Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Çarxı kəndində ümumi sahəsi 98 m² olan kafe kimi fəaliyyət göstərən ikimərtəbəli tikilinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 49 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin eyni kənddə Çarxı kəndində ümumi sahəsi 100 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089
avatar

Mehman Nəbiyev

Oxşar yazılar